Bu şəkildə, o dövrdə dünyanın ən məşhur aktrisası Cina Lollobricid o zaman dünyanın ən məşhur adamı olan Yuri Qaqarinə aşiqanə baxışlarla baxır.
1961-ci ilin iyul ayında çəkilən bu parlaq foto bütün dünyanı dolaşdı. Ən təxmini hesablamalara görə, çap olunandan sonra 600-ə yaxın dünya qəzet və dərgisi tərəfindən nəşr olundu.
Qaynarinfo xəbər verir ki, olay 1961-ci il 9-23 iyul tarixlərində paytaxtda keçirilən II Moskva Beynəlxalq Film Festivalında baş vermişdi.
"Mən o vaxt 22 yaşlı bir oğlandım, "Novosti” Mətbuat Agentliyinin ştatdankənar əməkdaşıydım, hələ Moskva Dövlət Universitetində oxuyurdum. Səhvə yol verə bilməzdim. Fotoqraflığı həddən artıq çox sevir, şəkil çəkmək istəyirdim", - Moskvanın məşhur bir fotomüxbiri Boris Kaufman deyir. – Bizə bu görüş haqda çox gec məlumat vermişdilər. Mədəniyyət Nazirliyinə qaçdım: otağa girmək mümkün deyil, arxa hissədə sıx bir sıra var, heç kim fotoqrafı içəri buraxmaq istəmədi. Girişdən uzun bir masa başlayır, o masanın da lap ucunda söhbətləşirlər.
Qaqarin və Lollobricid. İstədiyim kadrı çəkə bilməyəcəyimin ümidsizliyindən masanın altına soxulub irəli süründüm: kimsə məni təpiklədi, kimsə sakitcə ayağını çəkdi.
Masanın sonunda bir qadın ayaqlarına dirənib dayandım, indi fikirləşirəm ki, neynəyim? Deyəsən gərginlikdən qəribə səs çıxarmışam ki, masa örtüyü qalxır və SSRİ Mədəniyyət naziri Yekaterina Furtseva mənə baxıb, nəsə soruşur. Məni görəndə heyrətləndi: "Sən burda neynirsən, oğlan?" Ancaq özünə gəldi. Nəticə etibarilə belə bir nöqtədə işləyən tək mən oldum.
Bir neçə klik eşidən Yuri Qaqarin başını döndərməyi dayandırıb, mənə sarı bir az dönməyə başladı və hadisə bitdikdən sonra soruşdu: "Heç olmasa məni çəkə bildin?" "Bildim!" - Furtsevanın və məmurlarının gülüşü altında qışqırdım".
Bu görüşdə Boris Kaufman onların nə danışdıqlarını xatırlamır. Təəccüblü deyil: fotoqraf həmişəki kimi, yalnız lazımlı kadrı "tutmaq”la məşğul idi. O, həmin gün Cinanın sehrlənmiş kimi Qaqarinə baxan baxışını "tuta" bilmişdi.
İllər sonra Mədəniyyət Nazirliyindəki görüşün film ulduzunun təşəbbüsü ilə keçirildiyi ortaya çıxdı. 1961-ci ildə Cina Moskvaya gələndə, ilk olaraq kimlə görüşmək istədiyi soruşuldu. "Aydındı ki, Xruşşovun adını verəcəyimi gözləyirdilər, amma o mənə qətiyyən lazım deyildi, - aktrisa xatırlayır. - Yekaterina Furtsevadan məni Qaqarinlə tanış etməsini istədim. O da təşkil etdi. O vaxt planetin bütün qadınları onun təbəssümünə və məzəli baxışlarına az da olsa vurulmuşdular. Mən də istisna deyildim. Gecə Moskvanı gəzdiyimiz zaman Yura arxasını yazdığı şəklini mənə verdi: "Göydə çox ulduz gördüm. Ancaq sənin kimisini yox".
Bir reportajda Lollobricid bu fotoşəkli hələ də saxladığını və öpüşlərə qərq etdiyini etiraf etmişdi. Aktrisa işvəsimi?
1961-ci ilin o festivalı Sovet ölkəsində bəlkə də ilk real sosial hadisə idi. Qaqarinin kosmosa uçuşu az qala yerli dəmir pərdəni teatr pərdəsinə çevirmişdi - xoş və əsrarəngiz dərəcədə cazibədar...