Logo

Qəbul imtahanları ilə əlaqədar canlı yayım ediləcək - Tələbələrin nəzərinə

28.07.2021 09:40 578 baxış
IMG

Bu gün saat 16:00-da DİM-in  “Facebook” səhifəsi vasitəsilə I və IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanları ilə əlaqədar canlı yayım ediləcək.

 

Tehsil.biz xəbər verir ki, canlı yayımda Mərkəzin məsul əməkdaşları, ekspertlər tərəfindən imtahanlarda istifadə olunmuş test tapşırıqları və sualların düzgün cavabları ilə bağlı geniş məlumat veriləcək.

 

Canlı yayım zamanı sizi maraqlandıran sualları müvafiq postun altına yaza və ya [email protected] elektron poçtuna göndərə bilərsiniz.

 

Sualınıza dolğun cavab tapmaq istəyirsinizsə, onu tam aydın və dəqiq ifadə etməlisiniz. İmtahan tarixi, bölmə, ixtisas qrupu, fənn, test tapşırığının nömrəsi qeyd olunmalıdır.

 

Qeyd edək ki, bugünkü imtahanda istifadə olunan qapalı və kodlaşdırıla bilən açıq tipli test tapşırıqlarının doğru cavab etalonları canlı yayım zamanı təqdim olunacaq.

Xəbər lenti