Logo

UNEC fəalları təltif olunublar

28.07.2021 12:54 466 baxış
IMG

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə Vətən müharibəsi iştirakçıları və fəal THİK üzvlərinin mükafatlandırılması mərasimi keçirilib.

 

UNEC-dən bildirilib ki, tədbirdə Vətən müharibəsi iştirakçısı olmuş UNEC məzunları və idarə heyətinin üzvləri iştirak edib.

 

Mərasimdə THİK-in sədr müavini İlkan Əliyev, cari ilin məzunlarından olan fakültə THİK sədrləri Kərim Kərimov, Mətləb Məmmədov və Vətən müharibəsi iştirakçısı olmuş UNEC məzunlarından İmran Məmmədov, Kamran İbrahimli və Mirhəsən Dadaşov Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının yaradılmasının 100 illiyi ilə əlaqədar həmkarlar ittifaqı hərəkatında xidmətlərinə görə yubiley döş nişanı ilə təltif olunublar.

 

THİK sədri Rüfət Süleymanlı təltif olunanlara həmkarlar ittifaqı hərəkatına göstərdikləri dəstəyə və xidmətə görə təşəkkür edib.

 

Sonda universitetin və komitənin ictimai həyatında fəal iştirak edən tələbə və məzunlar, həmçinin Azərbaycanın qəhrəmanlıq salnaməsini yazan Vətən müharibəsi iştirakçıları THİK-in fəxri fərmanı ilə təltif ediliblər.

Xəbər lenti