Logo

AzTU-nun tələbəsi, şəhid Cəmil Məmmədlinin doğum günüdür

28.07.2021 16:14 363 baxış
IMG

Azərbaycan Texniki Universitetinin (AzTU) Vətən müharibəsində şəhid olan tələbəsi Məmmədli Cəmil Habil oğlunun doğum günüdür.

 

AzTU-nun Metallurgiya və materialşünaslıq fakültəsinin tələbəsi, şəhid Cəmil Məmmədli 1999-cu ilin bu günü İsmayıllı rayonunda anadan olub. 2016-2020-ci illərdə AzTU-da təhsil alıb. Təhsil aldığı dövrdə universitetin ictimai həyatında fəallığı ilə seçilib. Təsadüfi deyil ki, müəllim və tələbə yoldaşları tərəfindən vətənpərvər kimi yadda qalan Cəmil Məmmədli 2020-ci ildə sentyabrın 27-də Vətən müharibəsi başlayan zaman könüllü olaraq ön cəbhəyə göndərilməsini xahiş edir.  Füzuli rayonunun işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak edən Cəmil Məmmədli oktyabr ayının 14-dən 15-ə keçən gecə qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib.

 

Prezident İlham Əliyevin sərəncamları ilə Cəmil Məmmədli vəfatından sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”,  “Füzulinin azad olunmasına görə", “Cəsur döyüşçü”  medalları ilə təltif edilib.

 

Allah rəhmət eləsin!

 

Şəhidlərimizin ruhu qarşısında baş əyirik!

Xəbər lenti