Logo

“Pulsuzluqdan minlərlə gənc universitetdən kənarda qalır“ - Kamran Əsədov

04.11.2020 15:22 625 baxış
IMG

“Minlərlə gənc var ki, təhsil haqqına görə ali məktəblərə getmir. Çünki, ölkədə təhsil haqqı çox yüksəkdir”.

 

Tehsil.biz xəbər verir ki, bu sözləri təhsil eksperti Kamran Əsədov ötən gün fotosu ilə sosial şəbəkələri bəzəyən 19 yaşlı topçumuz Vüsal Şahkərimov haqqında paylaşdığı postunda qeyd edib:

 

“Saytları bəzəyən 19 yaşlı topçu əsgərimizi hər birimiz tanıyırıq artıq. İgidin atası İslam Şahkərimov bu barədə müsahibə verib. Müsahibənin bu hissəsi diqqətimi çəkdi:

 

“Məktəbdə çox yaxşı oxuyurdu. Nizamlı uşaq idi. Həm də çox sakit, tərbiyəli... Orta məktəbi bitirəndən sonra sənədlərini ali məktəbə verdi. Amma ödənişliyə düşdü. Düzü, onu oxutmağa imkanımız olmadı. Elə özü də dedi ki, əsgər gedim, qayıdanda pulsuza düşüb oxuyacam”. Belə minlərlə gənc var”.

Xəbər lenti