Logo

Yay məktəbinin iştirakçıları Goranboy “Region Agro” MMC-də olublar

28.07.2021 17:10 478 baxış
IMG

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “Aqrar İnkişaf Könüllüləri” təşkilatının üzvü olan respublikamızın və qardaş Türkiyə Cümhuriyyətinin ali təhsil müəssisələrinin tələbələri üçün “Sabahın kənd təsərrüfatı” yay məktəbinin iştirakçıları Goranboyda “Region Agro” MMC ilə tanış olublar.
 

Proqram çərçivəsində keçirilən ekskursiyada tələbələr suvarma sistemləri, heyvandarlıq kompleksi, balıq yetişdimə məntəqəsi və su anbarı haqqında ətraflı məlumatlandırılıblar.
 

Bildirilib ki, Aqroparkda kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, logistikası və satışı bütünlükdə bu zənciri özündə birləşdirməklə, kənd təsərrüfatı məhsullarının torpaqdan istehlakçının süfrəsinədək bütün mərhələləri özündə əks etdirir ki, bu da həmin məhsulların istehsalına çəkilən xərclərin, eləcə də maya dəyərinin aşağı düşməsinə və keyfiyyətin yüksəlməsinə imkan verir.

Xəbər lenti