Logo

ADA universitetində riyaziyyat ixtisası - VİDEO

28.07.2021 17:19 1923 baxış
IMG

ADA Universitetində bu ildən etibarən bakalavr pilləsi üzrə 3 yeni ixtisas tədris ediləcək.

 

Yeni ixtisaslardan biri də 1-ci ixtisas qrupuna daxil olan Riyaziyyatdır. Bu ixtisas üzrə təhsil alacaq tələbələr yalnız Riyaziyyat üzrə deyil, həm də informasiya texnologiyaları, iqtisadiyyat, maliyyə kimi tətbiqi riyaziyyat sahələrində işləyə biləcəklər. Sözügedən ixtisas üzrə təhsil alacaq tələbələrə həm də xüsusi fürsətlər verilir. Belə ki, 600-dən yuxarı bal toplayanlar bir il, 650-dən yuxarı bal toplayanlar isə təhsil müddəti ərzində təhsil haqqından azad olunacaq və 4-cü kursu ADA Universitetinin tərəfdaşı olan Vaterlo Universitetində başa vurmaq imkanı əldə edəcəklər.

 

Qeyd edək ki, iyulun 30-da Riyaziyyat ixtisası üzrə ADA kampusunda “Açıq qapı” günü keçiriləcək. Tədbirdə bu sahə üzrə təhsilin üstünlükləri və tətbiq sahələri barədə ətraflı məlumat veriləcək.

 

https://www.youtube.com/watch?v=IfyuaDkQIv4&feature=emb_logo

Xəbər lenti