Logo

Fransanın təhsil naziri: Peyvənd edilməmiş məktəblilər yeni tədris ilindən dərsə buraxılmaya bilərlər

28.07.2021 19:03 476 baxış
IMG

Yeni tədris ilində siniflərdə yoluxma aşkarlanarsa, peyvənd edilməmiş məktəblilər dərsə buraxılmayacaq. İbtidai siniflərdə yoluxma olduğu təqdirdə, həmin sinif bağlanacaq.

 

Tehsil.biz xəbər verir ki, bu barədə Fransa Milli təhsil, gənclər və idman naziri Jan-Mişel Blanke bildirib.

 

Təhsil naziri yeni tədris ilində (2021-2022) məktəblərdə koronavirusa yoluxma halları aşkarlandıqda həmin siniflərin bağlanacağını təsdiqləyib. Bildirib ki, yuxarı siniflərdə virusa yoluxma aşkarlandığı təqdirdə, peyvənd olunmayan məktəblilər dərsə buraxılmayacaq. O deyib ki, peyvənd olunmamış məktəblilər dərslərini distant formatda davam etdirəcəklər.

 

İbtidai siniflərdə yoluxma baş verdikdə isə ötən il olduğu kimi, siniflər bağlanacaq, çünki ibtidai sinif şagirdləri peyvənd edilməyiblər.

 

Fransanın təhsil naziri bu tədbirlərin pedaqoji davamlılığı təmin etməyə yönəldiyini bildirib. Qeyd edib ki, yeni tədris ili üçün təhsil sektoru ilə bağlı bütün sanitar protokol qaydaları nazirliyin internet səhifəsində yerləşdiriləcək.

 

Azərtac

Xəbər lenti