Logo

AzTU-nun Doktorantura şöbəsinin müdir müavini vəfat etdi

04.11.2020 15:16 576 baxış
IMG

Azərbaycan Texniki Universitetinin (AzTU) Doktorantura şöbəsinin müdir müavini Abik Çaruxçev dünyasını dəyişib.

 

AzTU-dan Tehsil.biz-ə verilən məlumata görə, o, uzun sürən xəstəlikdən sonra 67 yaşında vəfat edib. Abik Çaruxçev 1953-cü ildə Bakıda anadan olmuşdur.

 

1975-ci ildə Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Fizika fakültəsini bitirib.

 

1977-ci ildə AzTU-nun Aspirantura şöbəsinin rəisi vəzifəsinə təyin edilib. Bir sıra elmi məqalələrin müəllifi olan Abik Çaruxçev uzun müddət AzTU-da pedaqoji fəaliyyətlə məşğul olub.

 

Doktorantura səviyyəsində yüksək ixtisaslı elmi-pedaqoji kadrların hazırlanması istiqamətində səmərəli fəaliyyətinə görə müxtəlif illərdə universitet rəhbərliyi tərəfindən mükafatlandırılıb.

 

Abik Çaruxçev Gürcü Yəhudilərinin Bakı dini icmasının sədri idi.

Xəbər lenti