Logo

Polşada taksi fəaliyyəti ilə məşğul olan azərbaycanlı tələbə ağır qəza törədib - FOTO

29.07.2021 10:12 537 baxış
IMG

Azərbaycanlı tələbə Polşada ağır avtomobil qəzasına düşüb.

 

Tehsil.biz "Oxu.az"a istinadən xəbər verir ki, Azərbaycan vətəndaşı Rüfət Muradlı Polşanın paytaxtında yerləşən Varşava İqtisadiyyat və Humanitar Fənlər Universitetində magistr təhsili alır.

 

Həmyerlimiz həmçinin “Bolt” şirkətində taksi fəaliyyəti ilə məşğuldur.

 

Qəza nəticəsində Rüfət Muradlı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

 

Avtomobildə olan sərnişin isə qəza nəticəsində həlak olub.

 

İlkin məlumata görə, R.Muradlının sükan arxasında yuxulaması nəticəsində onun idarə etdiyi avtomobil qarşı yola çıxaraq yük maşını ilə toqquşub.

 

 

 

Xəbər lenti