Logo

BDU-nun Şərqşünaslıq fakültəsində birinci kurs tələbələri ilə onlayn görüş keçirilib

04.11.2020 17:02 781 baxış
IMG

2020-ci il 4 noyabr tarixində Bakı Dövlət Universitetində (BDU) Şərqşünaslıq fakültəsinin “Regionşünaslıq" (Şərq ölkələri üzrə), “Filologiya" (Şərq dilləri və ədəbiyyatı üzrə) və “Tərcümə” (Şərq dilləri üzrə) ixtisaslarının birinci kurs tələbələri ilə onlayn görüş keçirilib. Görüşdə Şərqşünaslıq fakültəsinin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

 

Fakültə dekanı, professor Elxan Əzizov tələbə adını qazanmış gəncləri təbrik edərək fakültə haqqında onlara ətraflı məlumat verib. Şərqşünaslıq fakültəsinin yaranma tarixi, bugünkü inkişafı, regional və beynəlxalq əlaqələri, görkəmli məzunlarının fəaliyyəti barədə ətraflı məlumat verib. Ölkədə və universitetdə aparılan təhsil islahatları danışıb.

 

Virtual görüşdə iştirak edən dekan müavinləri Tərlan Məlikov, Şahin Yusifli Boloniya təhsil sistemindən, təhsildə kredit  və fənn seçimlərindən, respublikada aparılan tələbə hərəkatı və könüllülük proqramlarından, Universitetin tələbə təşkilatlarının fəaliyyətindən danışıblar.

 

Microsoft Teams platforması üzərindən keçirilən görüş tələbələri maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.

Xəbər lenti