Logo

Xəzər Universiteti “Dünya” məktəbinin aksiyası: Qarabağ - döyünən ürəyimiz

04.11.2020 17:23 477 baxış
IMG

Xəzər Universitetinin “Dünya” məktəbi “Qarabağ - döyünən ürəyimiz!” aksiyası çərçivəsində cəbhə bölgəsində döyüşən əsgərlərimizə sovqat göndərib.

 

Universitetdən bildirilib ki, aksiya müddətində toplanan sovqatlara 100 isti papaq, 100 ikiqat əlcək, 320 yun corab, 100 iç geyim, tibbi ləvazimatlar, şaxtaya qarşı müxtəlif kremlər daxildir.

 

Cəbhə bölgəsinə yola salınan sovqatlara “Dünya” məktəbinin şagirdlərinin əsgərlərə sevgi, istək və zəfər arzularını ifadə edən məktubları da əlavə olunub.

Xəbər lenti