Logo

Xəzər Universitetinin yay məktəbi

29.07.2021 16:21 516 baxış
IMG

Xəzər Universiteti “Potensial məktəb direktorları” təlimi istiqamətində Gəncədə yay məktəbi elan edir.

 

Universitetdən bildirilib ki, təlim “Təhsilin idarə edilməsi”, “Təhsil hüququ”, “Məktəbdə kurikulumun tətbiqi”, “Psixologiya”, “Statistika”, “Maliyyə”, “Məntiq”, “İnformasiya texnologiyaları” modulları üzrə təşkil olunacaq.

 

Sonda iştirakçılara 36 kredit (216 saat) dəyərində Xəzər Universitetinin “Peşəkar inkişaf sertifikatı” təqdim ediləcək.

 

Yay məktəbi avqustun 1-dən 15-dək keçiriləcək.

Xəbər lenti