Təhsil naziri Emin Əmrullayevin canlı yayım vasitəsilə çıxışı baş tutacaq.
Tehsil.biz xəbər verir ki, o bu barədə feysbukda paylaşım edib.
"4 avqust saat 16:00-da "Facebook" səhifəsi üzərindən 2020-2021-ci tədris ilində keçirilmiş müəllimlərin işə qəbulu imtahanları ilə bağlı suallarınızı cavablandıracağam. Suallarınızı 3 avqust saat 17:00-dək bu paylaşımın rəy bölməsində qeyd edə bilərsiniz", -deyə nazir qeyd edib.