Logo

ADNSU-da “Magnus” layihəsi əsasında müasir tipli tədris otağı açılıb

30.07.2021 09:42 664 baxış
IMG

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Erasmus proqramı çərçivəsində “Magnus” layihəsi əsasında müasir tipli tədris otağı açılıb.


ADNSU-dan bildiriblər ki, layihə əsasında otaq əsaslı təmir edilib, müasir texniki avadanlıq və kompüter sistemi ilə təchiz olunub. Burada mobil tətbiqlərin hazırlanması və oyun dizaynı ixtisaslaşmaları üzrə təhsil alan magistrlər dərs alacaqlar. Bu ixtisas universitetdə yenidir və tədris ingilis dilindədir.

 

Yeni tədris ilindən yeni tədris otağı tələbələrin ixtiyarında olacaq.

Xəbər lenti