Logo

BDU-nun magistraturasında təhsil almaq istəyənlərin sayı artır

30.07.2021 09:59 325 baxış
IMG

Bu gün BDU-da magistrantların hərtərəfli inkişafı, əmək bazarının tələblərinə cavab verən rəqabətədavamlı kadr kimi yetişmələri, tədqiqat yönlü fəaliyyətə cəlb edilməsi, elmi fəaliyyətinin stimullaşdırılması üçün bütün şərait yaradılmışdır.

 

Əmək bazarının tələblərinə uyğun yeni ixtisas və ixtisaslaşmalar açılmışdır. Həmçinin tədris prosesinin elmi tədqiqatla əlaqələndirilməsi, innovativ istiqamətlərin inkişaf etdirilməsi, eləcə də elm və təhsilin istehsalata inteqrasiyasının gücləndirilməsi magistrantlarda tədqiqatçılıq və peşə fəaliyyəti üçün zəruri olan praktik bilik, bacarıq və vərdişləri formalaşdırır. Müxtəlif elm sahələrində elmi yeniliklərin və innovasiyaların tədris prosesinə tətbiqi, müvafiq ixtisas sahələri üzrə aparıcı mütəxəssislərin tədris prosesinə cəlb edilməsi və birgə elmi tədqiqatların aparılması istidamətində BDU-da yeni mərkəzlər, şöbələr yaradılmış, müasir tipli laboratoriyalar fəaliyyətə başlamışdır.

 

Magistrantlar üçün mütəmadi olaraq elmi seminarlar və ustad dərsləri təşkil olunur, müxtəlif elmi-tədqiqat layihələrinə cəlb edilir, BDU-nun institut, mərkəz və laboratoriyalarında dissertasiya işlərinin yerinə yetirilməsi üçün zəruri şərait yaradılır. Məhz bakalavr və magistratura pillələrində yeni prioritet ixtisas və ixtisaslaşmaların yaradılmasının, Türkiyə, ABŞ, Almaniya, Fransa, İsrail, İsveçrə və Qazaxıstan kimi müxtəlif ölkələrin universitetləri ilə ikili diplom proqramlarının həyata keçirilməsinin, istehsalatdan olan ixtisaslı mütəxəssislərin tədris prosesinə cəlb olunmasının məntiqi nəticəsidir ki, 2021-ci ildə BDU-nun magistratura pilləsinə 2016-cı illə müqayisədə 1,6 dəfədən çox tələbə qəbul olunmuşdur.

Xəbər lenti