Logo

Məktəbli yığdığı 660 manatı Orduya bağışladı

04.11.2020 17:43 687 baxış
IMG

İşğal altında olan torpaqlarımızın azadlığı, Vətənin bütövlüyü uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna müxtəlif qurumlar, təşkilatlar, iş adamları tərəfindən ianələr edilir.

 

Tehsil.biz xəbər verir ki, bu dəfə Orduya yardım edənlər arasında Bakı Atatürk liseyinin 2-ci sinif şagirdi Toğrul Əzizli də olub.

 

Belə ki, 10 yaşlı Toğrul Ağdam şəhərindəndir. O bu vaxta qədər yığdığı pula Play Station komputeri almaq niyyətində idi. Lakin cəbhədə gedən şiddətli döyüşlər nəticəsində Toğrul Əzizli öz fikirindən dönmüşdür. O yığıdığı 660 manat məbləğində pulu Azərbaycan Ordusuna bağışlayıb və Azərbaycan əsgərinə öz məktubunu yazıb.

 

Toğrul Əzizlinin bu addımı ailəsi tərəfindən həmçinin yaxın qohumları tərəfindən böyük qürür hissi ilə qarşılanıb.

 

10 yaşlı Toğrul Əzizli həmyaşıdlarına, həm də elə böyüklərə də bir nümunəvi davranış hissini göstərib.

 

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondunun yaradılmasında əsas məqsəd Silahlı Qüvvələrin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirməkdir

Xəbər lenti