Logo

BDU alimlərinin hazırladığı monokristallar işıq vasitəsi ilə informasiyanın yazılması və oxunmasinda istifadə edilə bilər

30.07.2021 12:14 373 baxış
IMG

BDU-nun nəzdində Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun Kondensə olunmuş hal fizikası şöbəsinin əməkdaşlarının hazırladıqları sillenit tipli Bi12SiO20 monokristallarının struktur və optik xassələri rentqen difraksiya (XRD) və spektral ellipsometriya metodları əsasında öyrənilmişdir.

 

Müəyyən olunmuşdur ki, kristallar səthə mərkəzləşmiş kubik quruluşludur və 1.0107 nm elementar qəfəs parametrinə malikdir. Kompleks dielektrik nüfuzluğunun, sındırma və udma əmsallarının spektral asılılıqlarını müəyyənləşdirmək və kritik nöqtələri təyin etmək üçün 1.2 eV ÷ 6.2 eV foton enerjisi oblastında ellipsometrik tədqiqat aparılmışdır. Udma sərhəddindən kiçik enerjilərdə sındırma indeksi 2.37 ilə 2.58 eV arasında dəyişir. Tədqiq olunan kristalın udma spektri əsasında qadağan olunmuş zonanın eni üçün 3.25 eV tapılmışdır. Kompleks dielektrik nüfuzluğu spektrinin ikinci tərtib törəməsindən 3.54, 4.02, 4.82 və 5.58 eV enerjilərdə dörd fərqli optik keçid müəyyən edilmişdir.

 

Bi12SiO20 kristalının işığın idarə olunması, işıq vasitəsi ilə informasiyanın yazılması və oxunmasında istifadə edilməsi üçün optimal optik parametrlərə malik olduğu müəyyən edilmişdir.

Xəbər lenti