Logo

ADAU-da yay məktəbinin iştirakçıları üçün növbəti mühazirələr təşkil olunub

30.07.2021 13:19 566 baxış
IMG

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “Aqrar İnkişaf Könüllüləri” təşkilatının üzvü olan respublikamızın və Türkiyə Cümhuriyyətinin ali təhsil müəssisələrinin tələbələri üçün keçirilən “Sabahın kənd təsərrüfatı” yay məktəbinin iştirakçılar üçün növbəti mühazirələr təşkil olunub.
N.E.Bauman adına Kazan Dövlət Baytarlıq Təbabəti Akademiyasının rektoru Prof.Dr. Rüstəm Xamitoviç Ravilov onlayn formada tələbələrlə görüşüb, fikir mübadiləsi abarıb.


Sonra Bitkiçilik və bitki mühafizəsi kafedrasının əməkdaşları Fəqan Ağayev və Məhsəti Ələkbərova “Sabahın kənd təsərrüfatında aqrar məsləhət xidmətlərinin yeri” mövzusunda işitrakçılarla söhbət aparıb, öz tövsiyyə və təcrübələrindən söz açıb.


Proqram çərçivəsində növbəti mühazirə ABŞ-ın İllinoys Universitetinin professoru Məhəmməd Babadoost tərəfindən söylənib. O, “Bitki mühafizəsi sabahın kənd təsərrüfatının aktual probelmlərindən biri kimi” mövzusu ilə çıxış edib.

 

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Xəbər lenti