Logo

BDU 18 şəhid məzunu haqqında sənədli film hazırlayır

30.07.2021 14:08 394 baxış
IMG

BDU-da 44 günlük Vətən Müharibəsində şəhid və qazi tələbə və məzunlara diqqət və qayğı göstərilməsi istiqamətində təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq BDU TV-də Universitetin 18 şəhid məzuna həsr olunmuş sənədli film hazırlanır. Sənədli filmin hazırlanmasında məqsəd 44 günlük

 

Vətən Müharibəsində rəşadətlə döyüşərək müqəddəs şəhidlik zirvəsinə ucalmış məzunların xatirəsini yaşatmaq, onların şərəfli döyüş yolunu yaddaşlara əbədi həkk etmək və tələbə gənclər arasında təbliğ etməkdən ibarətdir.

 

Sənədli filmin yaxın vaxtlarda təqdimatının keçirilməsi nəzərdə tutulur.

Xəbər lenti