Logo

BDU dosentinin monoqrafiyası Türkiyədə nəşr olunub

30.07.2021 15:03 330 baxış
IMG

BDU-nun Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının dosenti Nəriman Qocatürkün “Biz türkləriz! Çadırımız gök kubbesi” adlı monoqrafiyası İstanbulda “İmakofset” nəşriyyatında çap olunub.

 

Monoqrafiyada türk dövlətçilik tarixi varislik və müasirlik kontekstində araşdırılmış, türk dövlətlərin yaranmasında mühüm rol oynamış xaqan-sərkərdələrin şərəfli həyat yolu, eləcə də  böyük bir zaman çevrəsində təşəkkül tapmış milli-mənəvi dəyərlərimiz bütün zənginliyi ilə elmi-fəlsəfi aspektdə şərh olunmuşdur. Türk mədəniyyətinin inkişafında milli Azərbaycan dövlətlərinin və bu dövlətləri təmsil edən qüdrətli şəxsiyyətlərin və dövlət xadimlərinin və Ümummilli Lider Heydər Əliyevin möhtəşəm fəaliyyəti geniş və hərtərəfli işıqlandırılmışdır.

 

Əsərdə uğurlu daxili və xarici siyasəti ilə ölkəmizi regionda sabitliyin, dünyada enerji təhlükəsizliyinin təminatçısına çevirən, transmilli layihələri gerçəkləşdirməklə Azərbaycanı Avropa ailəsinə qovuşduran Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fəaliyyəti ətraflı təsvir edilmişdir.

 

Monoqrafiya gənc nəslin milli ruhda tərbiyə olunmasında mühüm əhəmiyyətə malikdir.

Xəbər lenti