Logo

BDU-nun rektoru gənc istedadlarla görüşüb - FOTOLAR

30.07.2021 17:07 452 baxış
IMG

Bu gün Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev BDU-nun nəzdində “Gənc istedadlar” liseyinə qəbul imtahanlarında ən yüksək nəticə göstərmiş 10 şagird və onların valideynləri ilə görüşüb.


Rektor liseyə qəbul imtahanlarında yüksək nəticə göstərmələri münasibətilə şagirdləri təbrik edib, təhsillərində uğurlar arzulayıb. BDU-nun nəzdində “Gənc istedadlar” liseyində şagirdlərin hərtərəfli biliklərə yiyələnməsi üçün yaradılmış şəraitdən, lisey şagirdlərinin Respublika və dünya olimpiada və müsabiqələrində əldə etdikləri nəticələr haqqında söz açıb. Bildirib ki, cari ildə liiseyin şagirdləri Respublika və dünya olimpiadalarında 10 medal qazanmışdır, bunlardan 2-i qızıl, 2-i gümüş, 6-i bürüncdür.  “Sabahın alimləri” onuncu Respublika müsabiqəsində liseyin 21 şagirdi Kompüter elmləri, Kimya, Riyaziyyat, Fizika və astronomiya, Biologiya, Ekologiya, ətraf mühitin idarə olunması kimi sahələr üzrə müxtəlif mövzularda layihələrlə çıxış etmiş və 3 layihə 1-ci yerə, 5 layihə 2-ci yerə, 3 layihə 3-cü yerə və 1 layihə isə xüsusi mükafata layiq görülmüşdür.  Bu il liseyi 9 şagirdimiz qızıl və 2 şagirdimiz gümüş medalla bitirmişdir. Rektor liseyə yeni qəbul olunmuş şagirdlərin də liseyin bu ənənələrini davam etdirəcəyinə əminliyini bildirmişdir. 

 
Daha sonra rektorun elm və təhsil üzrə müşaviri Aydın Kazımzadə, “Gənc istedadlar” liseyinin direktoru Arif Bağırov, direktor müavini Rəfiyyə Cəbrayılova çıxış edərək şagirdləri təbrik etmişdir. Görüşdə iştirak edən valideynlər qəbul imtahanlarının şəffaf keçirilməsi, şagirdlərin öz biliklərini nümayiş etdirə bilməsi üçün yaradılan şəraitə görə Universitet rəhbərliyinə öz təşəkkürlərini bildirmişdir.


Görüşün sonunda rektor ən yüksək nəticə göstərmiş şagirdlərə təşəkkürnamə və hədiyyələr təqdim etmişdir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

Xəbər lenti