Gürcüstanın paytaxtı Tbilisidə bütün məktəbəqədər müəssisələr 5 noyabrdan etibarən rəsmi olaraq faəliyyətini dayandıracaq.
Tehsil.biz qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə şəhər rəhbərliyi tərəfindən keçirilən iclasda qərar verilib.
Paytaxt meri Kaxa Kaladze bildirib ki, bu, məcburi bir tədbirdir və şəhərdəki çətin epidemioloji vəziyyətlə əlaqələndirilir.
"Sabahdan etibarən epidemioloji vəziyyət yaxşılaşana qədər uşaq bağçaları tamamilə bağlanacaq",- deyə Kaladze qeyd edib.
Gürcüstanda uşaq bağçaları uzun müddət davam edən tətildən sonra oktyabrın 12-də açılsa da, müəllim və uşaqlar arasında artan yoluxma halları səbəbindən bir-birinin ardınca bağlanmağa başlamışdı.
Hazırda Tbilisidə 183 uşaq bağçasında 58 min uşaq qeydiyyata alınıb.