Logo

“BDU-nun tarix yazan şəhid məzunları” layihəsi davam edir

31.07.2021 11:22 470 baxış
IMG

Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Şanlı Ordumuzun Böyük Qələbəsi ilə başa çatan və Azərbaycan tarixinə əbədi həkk olunan 44 günlük Vətən Müharibəsində Bakı Dövlət Universitetinin (BDU) tələbə və məzunları da qəhrəmancasına iştirak etmiş, onlardan 18 nəfəri şəhidlik zirvəsinə ucalmışdır.

 

BDU və Missiya internet televiziyasının “BDU-nun tarix yazan şəhid məzunları” birgə layihəsi çərçivəsində Universitetin qəhrəman şəhid məzunlarının ailələri ziyarət olunur, reportajlar hazırlanaraq geniş ictimaiyyətə təqdim olunur. Layihənin məqsədi BDU-nun şəhidlik zirvəsinə ucalmış məzunlarının xatirəsini yaşatmaq, onların şərəfli döyüş yolunu yaddaşlara əbədi həkk etməkdir.

 

Layihə çərçivəsində bugünədək BDU-nun şəhid tələbə və məzunlarından Cavid Manafov, Nicat Əhmədov, Şamil Nəcəfov, Manaf Bəhmənli, Ceyhun Şalıyev, Vüqar Məmmədov, Ataməli Musaoğlu haqqında reportajlar hazırlanmışdır. Reportajlarda şəhid məzunlarımızın uşaqlıq və tələbəlik illəri, Vətən Müharibəsində keçdikləri şərəfli döyüş yolu barəsində həm valideynlərinin, həm də Universitet müəllimlərinin fikirləri öz əksini tapır.

 

Layihə hazırda uğurla davam edir.

Xəbər lenti