Logo

Bu gün DSMF-yə işə qəbul imtahanı keçirilib

31.07.2021 14:46 714 baxış
IMG

COVID-19 infeksiya ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində görülən işlərə uyğun olaraq imtahan binalarına yalnız tibbi maska daxil olmağa icazə verilib və namizədlərin məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. İmtahan zalında namizədlərin bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunub.

 

Dövlət qulluğuna qəbul imtahanı elektron qaydada kompüter vasitəsilə keçirilib. Namizəd tərəfindən imtahan yekunlaşdırıldıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda namizədə imtahanın nəticələrinə dair arayış təqdim olunub. 

 

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 48 nəfərdən 45 nəfər imtahana gəlib. İmtahan nəticələrinə əsasən AB3 altqrupu üzrə 1, AC1 altqrupu üzrə 1, AC2 altqrupu üzrə 5, AC3 altqrupu üzrə 4, AC4 altqrupu üzrə 7 nəfər olmaqla, ümumilikdə 18 namizəd uğur qazanıb. 

 

Test imtahanından müvəffəqiyyətlə keçən namizədlər sertifikatı əldə etmək üçün avqustun 2-dən 13-dək DİM-in portalında müraciət formasını doldurmalıdırlar. Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədi ilə aşağıdakı sənədlərin skan edilmiş surətləri formaya əlavə edilir:

 

  • ali təhsil haqqında sənədin surəti; 
  • əmək kitabçasının surəti (olduğu halda).  

 

Müraciət formasına daxil edilmiş məlumatların və əlavə edilmiş sənədlərin düzgünlüyünün dövlət elektron informasiya vasitələri ilə yoxlanılması mümkün olmadığı halda, namizəd həmin sənədin (sənədlərin) müəyyən edilmiş qaydada təsdiq olunmuş surətlərini və ya eyniləşdirmə məqsədi ilə həmin sənədlərin əslini 5 (beş) iş günü müddətində DİM-ə təqdim etməlidir. 

 

İmtahan nəticələri ilə bağlı Apelyasiya Komissiyası 2-4 avqust tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində fəaliyyət göstərəcəkdir. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A. Salamzadə, 28 ( keçmiş Bakı Asiya Universitetinin binası).

 

Dövlət Sosial Müdafiə Fonduna işə qəbul imtahanı Bakı şəhərində, ümumilikdə 7 binada təşkil edilib. İmtahan saat 10-da başlanıb və 3 saat davam edib. İmtahan nəticələri gün ərzində saytımızda elan olunacaq.

Xəbər lenti