Logo

Mladen Franko yay məktəbinin iştirakçılarına mühazirə söyləyib

31.07.2021 19:59 449 baxış
IMG

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “Aqrar İnkişaf Könüllüləri” təşkilatının üzvü olan respublikamızın və Türkiyə Cümhuriyyətinin ali təhsil müəssisələrinin tələbələri üçün keçirilən “Sabahın kənd təsərrüfatı” yay məktəbinin son günüdə iştirakçılar üçün növbəti mühazirə təşkil olunub.


Onlayn formada keçirilən mühazirəni tələbələrə Sloveniyanın Nova Qoritsa Universitetinin prorektoru, professor Mladen Franko söyləyib.

 

Aqrar sektor və ətraf mühit mövzusunda danışan çıxışçı ekoloji məsələlər və biomüxtəlifliyin qorunub-saxlanılması, ətraf mühitin çirklənməsinin minimuma endirilməsi, enerji səmərəliliyinin artırılması, aqrar sahədə ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı sahələrində gedən proseslərə toxunub.


Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


Qeyd edək ki, Sloveniyanın Nova Qoritsa Universitetinin prorektoru, elmlər doktoru, professor Mladen Franko ADAU-nun Fəxri doktorudur.

Xəbər lenti