Logo

DSMF-yə işə qəbul imtahanının nəticələri elan olunub

31.07.2021 20:32 670 baxış
IMG

31 iyul 2021-ci il tarixində Dövlət İmtahan Mərkəzi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu ilə birgə Fondun Bakı şəhərində yerləşən struktur bölmələrindəki müvafiq vakant vəzifələrə işə qəbul imtahanının test mərhələsi keçirilib.

 

COVID-19 infeksiya ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində görülən işlərə uyğun olaraq imtahan binalarına yalnız tibbi maska daxil olmağa icazə veriləcək və namizədlərin məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. İmtahan zallarında namizədlərin bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunub.

 

DSMF-yə işə qəbul imtahanının keçirilməsi üçün mərkəz tərəfindən 7 bina, 128 zal, 7 ümumi imtahan rəhbəri, 21 imtahan rəhbəri, 165 nəzarətçi‑müəllim, 14 buraxılış rejimi əməkdaşı ayrılıb.

 

Namizədlərin qeydiyyatı Dövlət Sosial Müdafiə Fondu tərəfindən aparılıb. Müsabiqədə iştirak etmək üçün qeydiyyatdan keçən 1777 nəfərdən 492 nəfəri imtahana gəlməyib.

 

Test imtahanında iştirakçılara DSMF-nin müvafiq fәaliyyәt istiqamәti üzrә 50, ümumi qanunvericilik üzrә 15, Azәrbaycan dili üzrә 15, mәntiqi nәticә çıxarma qabiliyyәtinin müәyyәn edilmәsi üzrә 20 tapşırıq olmaqla, ümumilikdə 100 qapalı tipli test tapşırığı tәqdim olunub. Hәr test tapşırığı üzrә doğru cavab 1 balla qiymәtlәndirilir vә nәticәlәr hesablandıqda sәhv cavablar ümumi nәticәyә tәsir göstәrmir.

 

İmtahan iştirakçıları nəticələrlə buradan tanış ola bilərlər.

 

İmtahan nəticələri ilə bağlı Apellyasiya komissiyası 2-4 avqust tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A. Salamzadə, 28 ( keçmiş Bakı Asiya Universitetinin binası).

Xəbər lenti