Logo

Gürcüstanda valideynlər bağçadan evə uşaq yeməyi aparacaq

05.11.2020 09:02 856 baxış
IMG

Bugündən etibarən Tbilisidəki bütün uşaq bağçaları bağlanacaq.

 

Tehsil.biz xəbər verir ki, bu barədə jurnalistlərə Tbilisi şəhərinin meri Kaxa Kaladze məlumat verib.

 

Onun sözlərinə görə, bir qədər əvvəl paytaxtdakı bir sıra uşaq bağçaları açılmışdı. Lakin epidemioloji vəziyyət gərginləşdiyi üçün sonradan onların 40-a qədəri bağlanmışdı. Ölkə ərazisində, xüsusən də paytaxtda koronavirusa yoluxma hallarının kəskin artması səbəbində sabahdan bütün uşaq bağçalarının bağlanmasına qərar verilib.

 

“Uşaq bağçaları epidemioloji vəziyyət yaxşılaşana qədər bağlı qalacaq”, – deyə K.Kaladze vurğulayıb.

 

Bununla belə, uşaq bağçalarında qeydiyyatda olan uşaqların ərzaq təminatı davam etdiriləcək. Valideynlər uşaq yeməklərini evə apara biləcəklər.

 

Xatırladaq ki, Tbilisi, Kutaisi, Rustavi, Qori və digər şəhərlərlə yanaşı, Marneuli və Qardabanidə məktəblər noyabrın 4-dən distant rejimə keçiblər. 

Xəbər lenti