Logo

Yaddaş itkisi və altsheymer olanların əlacı tapılıb

02.08.2021 09:07 358 baxış
IMG

Yaşlanmaqla ortaya çıxan yaddaş itkisinin qarşısı alınacaq.

 

İngiltərədəki Kembric (Cambridge) və Lids (Leeds) universitetlərinin alimləri beynin hüceyrə xarici matrisasında dəyişikliklərin yaşlanma ilə birlikdə yaddaş itkisinə də gətirib çıxardığını, ancaq bunları genetik müalicələr vasitəsilə tərsinə çevirmənin mümkün olduğunu bildiriblər.

 

Araşdırmacılar çox yaşlı olaraq qəbul edilən 20 aylıq siçanların 6 aylıq siçanlarla müqayisədə yaddaşlarında əskikliklər olduğunu ortaya çıxarıb. Elmi qrup yaşlanan siçanları bir viral vektor istifadə edərək müalicə edib və yaşlı siçanlarda yaddaşın yenidən yaxşılaşdığı öyrənilib. Müalicə, eyni zamanda onurğa iliyi yaralanmasında da yaxşılaşmanı təmin edir.

 

Bu elmi araşdırma yaddaş itkisi yaşayan insanlar və altsheymer (alzheimer) xəstələri üçün böyük bir ümiddir.

 

Alimlər ağız yoluyla alınan və insan istifadəsi üçün lisenziyalı potensial bir dərmanı artıq hazırlayıblar.

 

Lent.az

Xəbər lenti