Logo

İstanbul Aydın Universitetinin nümayəndə heyəti Xəzər Universitetində olub

02.08.2021 13:12 366 baxış
IMG

İstanbul Aydın Universiteti Fənn ədəbiyyat fakültəsinin dekan müavini, sosioloq Gökçen Çatlı Özen və tarixçi, dosent Alev Duran “Erasmus+” proqramı çərçivəsində Xəzər Universitetində olublar.

 

Universitetdən bildirilib ki, qonaqlar Beynəlxalq əlaqələr ofisində, Humanitar, təhsil və sosial elmlər fakültəsində və Tarix və arxeologiya departamentində görüşlər keçiriblər.

 

Görüşlərdə ixtisaslar və qəbul prosesi haqqında məlumat verilib, əməkdaşlıq perspektivləri müzakirə olunub.

Xəbər lenti