Logo

UNEC-in prorektoru işdən çıxarılıb

02.08.2021 18:53 1094 baxış
IMG

Azərbaycan Dövlət İqtisad Universietinin (UNEC) tədris və təlim texnologiyaları üzrə prorektoru, iqtisadiyyat üzrə fəlsəfə doktoru, dosent Anar Rzayev vəzifəsindən bu gün azad edilib.

 

Tehsil.biz xəbər verir ki, bu barədə UNEC-in rektoru Ədalət Muradov öz feysbuk səhifəsindən bildirib.

 

"UNEC-in tədris və təlim texnologiyaları üzrə prorektoru, iqtisadiyyat üzrə fəlsəfə doktoru, dosent Anar Rzayevi öz ərizəsinə əsasən tutduğu vəzifədən bu gün azad etdim. Dosent A.Rzayev öz işini mükəmməl bilən, peşəkar, məsuliyyətli, yenilikçi, müasir tədris idarəedicisi kimi UNEC-in inkişafına ciddi töhfələr vermişdir. Anar müəllimə UNEC ailəsi adından təşəkkür edir və yeni işində nailiyyətlər arzu edirəm", - rektor qeyd edib.

Xəbər lenti