Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 2013-cü il 18 dekabr tarixli qətnaməsinə görə hər il 30 iyul İnsan alverinə qarşı mübarizə günü kimi qeyd olunur.
Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və Sosial Xidmətlər Agentliyi arasında bağlanmış memoranduma uyğun olaraq universitetin sosial iş və təhsildə sosial-psixoloji xidmət ixtisaslarında təhsil alan tələbələr iyul ayının 30-da Bakı şəhərində insanlara buklet paylayaraq bu günün əhəmiyyəti haqda məlumat veriblər. Aksiya sakinlər tərəfindən müsbət qarşılanıb və gənclərin bu cür həssas məsələlərdə maarifləndirmə işlərinə dəstək verməsini yüksək qiymətləndiriblər.
Qeyd edək ki, ADPU və Agentlik arasında əməkdaşlıq bundan da sonra müxtəlif sahələrdə davam etdiriləcək.