Logo

“Məktəblinin dostu” layihəsi çərçivəsində maarifləndirici təlimlərə start verilib

03.08.2021 17:23 818 baxış
IMG

Təlimlər Bakı Şəhəri üzrə Təhsil İdarəsi Təlimə Dəstək Mərkəzinin dəstəyi ilə həyata keçirilir.


Tehsil.biz xəbər verir ki, “Uşaq və yeniyetmə psixologiyası”, “Uşaq və yeniyetmələrin yaş böhranları”, “Böhran dövründə qarşılaşdıqları problemlər”, “Uşaqlarda güvən hissini necə formalaşdırmalı?”, “Onlarla doğru ünsiyyət qurmanın yolları” mövzularını əhatə edən təlimlərdə 70-ə yaxın məktəblinin dostu iştirak edib.


Təlimə Dəstək Mərkəzinin Məktəb mühiti və psixoloji xidmətin təşkili bölməsinin müdiri Səidə Əhmədova tərəfindən təlim iştirakçılarına mövzu ilə bağlı geniş məlumatlar verilib. Eyni zamanda mövzuya uyğun praktik məşğələlər həyata keçirilib.

 

Təlimlərin 1 gündə 4 saat olmaqla 5 gün müddətində keçirilməsi nəzərdə tutulub.

Xəbər lenti