Logo

AzTU-nun tələbəsi, şəhid Anar Məmmədzadənin doğum günüdür

03.08.2021 18:05 1380 baxış
IMG

Azərbaycan Texniki Universitetinin (AzTU) tələbəsi, Vətən müharibəsində qəhrəmancasına şəhid olan Anar Məmmədzadə 3 avqust 1999-cu ildə Zərdab rayonunda anadan olub.

 

Anar Məmmədzadə 2016-cı ildə AzTU-nun Maşınqayırma və robototexnika fakültəsinə daxil olub.  

 

O, Vətən müharibəsi başlayana qədər Azərbaycan Silahlı Qüvvələrinin Bakıdakı "N" saylı hərbi hissəsində xidmət edib.


2020-ci il sentyabrın 27-də torpaqlarımızın işğaldan azad olunması üçün başlanan Vətən müharibəsində iştirak edib. Füzuli və Cəbrayılın azad olunması uğrunda gedən şiddətli döyüşlərdə qəhrəmanlıqlar göstərib. Anar Məmmədzadə oktyabrın 8-də Füzuli uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib.

 

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

 

AzTU-nun əməkdaşları şəhid Anar Məmmədzadənin doğum günündə onun məzarını ziyarət edib, xatirəsinə ehtiramlarını bildiriblər.

 

Allah rəhmət eləsin!
Şəhidlərimizin ruhu qarşısında baş əyirik!

Xəbər lenti