Logo

Moskvada orta məktəblərdə distant təhsil rejimi uzadıldı

05.11.2020 11:52 596 baxış
IMG

Rusiyanın paytaxtı Moskvada 6-11-ci siniflərdə distan təhsil rejimi noyabrın 22-nə kimi uzadılıb.

 

Tehsil.biz xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin açıqlama verib.

 

“Mövcud vəziyyətdə ətrafımızda və xaricdə baş verənlərin fonunda aydındır ki, rahatlaşmaq tezdir”,- deyə bildirən mer qeyd edib ki, distant təhsil rejiminin tətbiq olunması şagirdlər arasında yoluxmaların azalmasında effektiv təsir göstərib:

 

“Artıq üç həftədir ki, 6-11-ci sinif şagirdləri distant təhsil alır. Bu müddət ərzində orta məktəb şagirdləri arasında koronavirus xəstəliyinə yoluxanların nisbəti təxminən iki dəfə azalıb. Bu, özlərinin daha az xəstələndikləri və yaxınlarına daha az yoluxdurduqları deməkdir”.

 

Qeyd edək ki, daha əvvəl orta məktəb şagirdləri üçün distant təhsil rejiminin 8 noyabradək davam etdirilməsi planlaşdırılırdı.

 

Qafqazinfo

Xəbər lenti