Logo

Dövlət Komitəsinin əməkdaşlarına medallar təqdim olunub - FOTOLAR

04.08.2021 12:45 610 baxış
IMG

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 iyun 2021-ci il tarixli müvafiq Sərəncamı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 20 illiyi münasibəti və dövlət–din münasibətlərinin tənzimlənməsində səmərəli fəaliyyətinə görə “Tərəqqi” və “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuş əməkdaşlara avqustun 4-də medalların təqdim olunması mərasimi keçirilib.

 

Tehsil.biz xəbər verir ki, komitə sədri Mübariz Qurbanlı Prezident İlham Əliyev tərəfindən dövlət qulluqçularının fəaliyyətinə xüsusi diqqət və qayğı göstərildiyini, dövlət qulluğunda səmərəli fəaliyyəti ilə seçilən əməkdaşların daim dəyərləndirildiyini diqqətə çatdırıb. Prezident İlham Əliyevin: “Hər bir şəxs bilməlidir ki, dövlət qulluğunda olmaq imtiyaz deyil, məsuliyyətdir, insanlara xidmət imkanıdır. Tutduğu vəzifənin səviyyəsindən və əhəmiyyətindən asılı olmayaraq, dövlət qulluqçusu həmişə xatırlamalıdır ki, o, xalqın xidmətçisidir, insanlara xidmət, onların qayğıları ilə yaşamaq onun əsas  vəzifəsidir.”- ifadəsini xatırladan Komitə sədri dövlət qulluğunun məsuliyyətindən bəhs edərək əməkdaşları bir daha təbrik edib və gələcək fəaliyyətlərində onlara uğurlar arzulayıb.  

 

Təltif olunmuş Komitə əməkdaşları çıxış edərək fəaliyyətlərinin yüksək qiymətləndirilməsinə görə dövlətimizin başçısı İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

 

​​​

 

 

 

 

Xəbər lenti