Logo

Vakant dövlət qulluğu vəzifələri üzrə müsahibə bu gün yekunlaşır

04.08.2021 13:50 697 baxış
IMG

Ümumilikdə 52 dövlət orqanında 250 vakant vəzifənin (B növü üzrə) tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ötən il dekabrın 10-da elan olunmuş müsabiqə üzrə müsahibə bu gün başa çatır.

 

Tehsil.biz DİM-in avqustun 4-ü saat 12:55-ə olan göstəricilərinə əsasən xəbər verir ki, müsahibədə 177 nəfər uğur qazanıb. Onlardan 48-i Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, 21-i Ekologiya və Təbii Sərvətlər Nazirliyində, yerdə qalanlar isə digər dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib.

 

Qeyd edək ki, müsahibədə iştirak üçün 2031 nəfər sənəd verib.

Xəbər lenti