Logo

Elan üzrə 8 dövlət orqanında mövcud olan 21 vakant yer ümumi müsahibəyə çıxarılıb

05.11.2020 12:14 404 baxış
IMG

Sentyabrın 28-də elan edilmiş ümumi müsahibələrin keçirilmə qrafiki müəyyənləşdirilb.

Dövlət İmtahan Mərkəzindən Təhsil.biz-ə bildirilib ki, elan üzrə 8 dövlət orqanında mövcud olan 21 vakant vəzifə üzrə 21 yer ümumi müsahibəyə çıxarılıb. Elana çıxarılan vəzifələr üzrə 101 müsahibənin keçirilməsi planlaşdırılır.

Müsabiqə vəziyyətinin yüksək müşahidə olunduğu vəzifələr Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Vətəndaşların qəbulu şöbəsi, Vətəndaşların qəbulu sektoru, aparıcı məsləhətçi (1 vakant yer üzrə 24 namizəd), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Pensiya siyasəti və fərdi uçota nəzarət şöbəsi, Pensiya siyasəti sektoru, baş məsləhətçi (1 vakant yer üzrə 16 nəfər) vəzifələri olub.

Müsahibələrin noyabrın 10-dan dekabrın 21-dək keçirilməsi planlaşdırılır. İştirak üçün qeydiyyatdan keçmiş namizədlər müsahibə vaxtı və yeri haqqında daha ətraflı məlumatı Dövlət İmtahan Mərkəzinin saytından əldə edə bilər.

Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün Dövlət İmtahan Mərkəzi və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Namizədlərin nəzərinə çatdırılır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul olunmur, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar Mərkəzin məlumat bazasında qeydiyyata alınır. Seçilmiş vəzifədən imtina etmək üçün müsahibələrin keçirilmə qrafikində namizəd adını seçib, açılan müraciət formasında "İMTİNA" düyməsini sıxmalıdır.

Namizədlərdən müsahibə vaxtından azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmaları xahiş olunur.

Xəbər lenti