Logo

BDU-da “Dəniz və enerji hüququ” ixtisaslaşması üzrə beynəlxalq ikili diplom proqramı çərçivəsində magistr hazırlığı uğurla davam edir

05.08.2021 10:10 459 baxış
IMG

Bakı Dövlət Universiteti Qazaxıstanın Əl-Farabi adına Qazax Milli Universiteti ilə magistratura pilləsində “Dəniz və enerji hüququ” ixtisaslaşması üzrə ikili diplom proqramı çərçivəsində mütəxəssis hazırlığında təhsil-elm-innovasiya üçlüyünün qabaqcıl nailiyyətlərindən istifadə edir.

​​​​“Hüquqşünaslıq” ixtisasında təhsil alan bakalavrlar bu ixtisaslaşma üzrə magistraturada təhsillərini davam etdirir və onlara beynəlxalq ümumi dəniz hüququ, ümumi enerji hüququ, neft və qaz hüququ, həmçinin enerji və dəniz hüququ üzrə mövcud beynəlxalq konvensiyalar təlimin innovativ texnologiyalarından istifadə edilməklə tədris edilir. Tədris hər iki universitetin bu sahədə ixtisaslaşmış professorları tərəfindən ingilis dilində aparılır.

Hazırda BDU “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq kreativ düşüncəli və konvergens biliklərə malik mütəxəssislərin hazırlanması istiqamətində ABŞ, İsrail, Qazaxıstan, Fransa, İsveçrə və Almaniyanın bir neçə qabaqcıl universitet və institutları ilə bakalavr, magistratura, doktorantura pilləsi və MBA proqramı üzrə beynəlxalq ikili diplom, habelə, yeni ixtisaslar üzrə beynəlxalq akkreditasiyadan keçmiş təhsil proqramlarını tətbiq edir.

Xəbər lenti