Logo

Dövlət Neft və Sənaye Universitetində “UniLab” layihəsi çərçivəsində onlayn monitorinq görüşü

05.11.2020 12:27 477 baxış
IMG

zərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tərəfdaşı olduğu “UniLab” layihəsi çərçivəsində növbəti onlayn monitorinq görüşü keçirilib.

 

 

Bu barədə Təhsil.biz-ə ADNSU-dan məlumat verilib. Bildirilib ki, görüşdə “Erasmus+” proqramı üzrə Milli Ofisin rəhbəri Pərviz Bağırov, ofisin monitorinq və təşviqat üzrə əməkdaşı Zəfər Həsənov, universitetin əməkdaşları iştirak ediblər.

 

 

Görüşdə layihənin icra vəziyyəti müzakirə olunub. Həmçinin gələcək addımlar və layihə ilə bağlı fikir mübadiləsi aparılıb.

 

 

Qeyd edək ki, ADNSU Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Erasmus+ UniLab” (“XXI əsrdə universitetdən əmək bazarına: işə qəbulolunmada bir addım irəli”) layihəsinə yanvarın 1-dən qoşulub. Layihəsinin əsas məqsədi cəmiyyət daxilində üç tərəfdaş ölkədə - Azərbaycan, Belarus və Rusiyada ali təhsil sektorunun modernləşdirilməsi işinə töhfə verməkdir.

 

 

Xəbər lenti