Logo

Nəyə görə Kitabxanaçılıq-informasiya fakültəsi?

05.08.2021 12:19 907 baxış
IMG

Fakültədə Kitabxana işinin menecmenti və Kitabxana fondu və kataloqları tədris laboratoriyaları fəaliyyət göstərir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 yanvar 2019-cu il tarixli Fərmanı ilə informasiya-kommunikasiya texnologiyalarının imkanları, habelə mövcud tələbat nəzərə alınmaqla, ölkədə kitabxana sisteminin yenidən qurulması həyata keçirilir. Dövlət proqramı əsasında yeni yaradılacaq kitabxana-informasiya sistemində müasir informasiya-kommunikasiya texnologiyalarına yiyələnmiş ixtisaslı kadrların yetişdirilməsi zərurətə çevrilmişdr. Hazırda fakültədə 600-dən çox tələbə təhsil alır. Fakültədə təhsil alan tələbə və magistrantın təlim-tərbiyəsi ilə 50 nəfərdən artıq professor-müəllim məşğul olur. Fakültədə 2 elmi-nəzəri və təcrübi jurnal - beynəlxalq indeksli “Kitabxanaşünaslıq və biblioqrafiya” və “Kitabşünaslıq və redaktor sənəti” jurnalları nəşr olunur. Hər 2 jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin qərarı ilə elmi məqalələrin Azərbaycan Respublikasında dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısına daxil edilmişdir.

Fakültənin təşkilatıçılığı ilə il ərzində beynəlxalq və respublika səviyyəli elmi konfranslar keçirilir, elmi seminarlar, yerli və xarici mütəxəssislərin ustad dərsləri və onlayn mühazirələri təşkil olunur. Fakültədə alimlərlə, şair və yazıçılarla görüşlər, görkəmli şəxslərin yubileyləri, kitab təqdimatları, kitab sərgiləri keçirilir, Bakı şəhərində və regionlarda yerləşən muzeylərə və digər mədəniyyət ocaqlarına ekskursiyalar təşkil olunur.

Xəbər lenti