Logo

Nəyə görə Jurnalistika fakültəsi?

05.08.2021 16:15 727 baxış
IMG

Fakültədə 2 studiya, 2 media mərkəzi və 1 elmi-tədqiqat laboratoriyası fəaliyyət göstərir:

• Tədris tele-radio studiyası
• “Barama” media mərkəzi
• “Füyuzat” media mərkəzi
• “İnternet” studiyası
• “Jurnalistika” elmi-tədqiqat laboratoriyası

Fakültədə 600-ə yaxın tələbə təhsil alır. Tələbələrin təlim-tərbiyəsi ilə 50-dən artıq professor-müəllim heyəti məşğul olur. Professor-müəllim heyəti içərisində 1 nəfər Şərəf ordeni, 1 nəfər Dövlət Mükafatı laureatı, 1 nəfər Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, 6 nəfər Əməkdar jurnalist, 6 nəfər Ali Media mükafatı laureatı, 2 nəfər Tərəqqi medalı, 3 nəfər Qabaqcıl təhsil işçisi və s. kimi fəxri adlar daşıyan müəllimlər fəaliyyət göstərir. 

BDU və TİKA-nın birgə layihəsi əsasında yenidən təmir olunan studiya 2016-cı ildən ən müasir tələblərə cavab verən avadanlıqlarla təchiz edilərək tələbələrin ixtiyarına verilib.

Tədris tele-radio studiyasının yaradılmasında əsas məqsəd tələbələrin nəzəri biliklərinin praktikada tətbiqinə yardımçı olmaq, yaradıcılıq vərdişlərini təkmilləşdirməkdir. Fakültə tələbələrinin studiyada hazırladıqları TV və radio verilişlər, layihələr “BDU TV” Youtube kanalında və sosial şəbəkələrdə yayımlanır.

Fakültədə tələbələr üçün mütəmadi olaraq gəzinti turları təşkil olunur, müxtəlif müsabiqələr, ölkənin tanınmış media və ictimai-siyasi xadimləri ilə görüşlər keçirilir. Tələbələr fakültə və universitetdaxili, həmçinin ölkəmiqyaslı tədbirlərdə fəal iştirak edir.

Xəbər lenti