Logo

Çin virusa görə dərsləri təxirə salır

05.08.2021 18:16 782 baxış
IMG

Çin hökuməti ölkədə koronavirus infeksiyasına yoluxanların sayında artım müşahidə edildiyi üçün bir çox bölgədəki məktəblərdə dərsləri təxirə sala bilər.

Tehsil.biz “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Çinin Təhsil Nazirliyi məlumat yayıb.

Nazirlik epidemoloji vəziyyətin riskli olduğu yerlərdə məktəblərin bağlanacağını bildirib.

Qeyd edək ki, bu həftə Çin bir sıra şəhərlərdə yeni karantin tədbirləri və məhdudiyyətlər tətbiq edib.

Modern.az

Xəbər lenti