Logo

Ali məktəblərdə oxuyanlar daha çox təhsil ixtisasları qrupuna üstünlük veriblər

05.11.2020 16:02 476 baxış
IMG

Ötən tədris ilində Azərbaycanda fəaliyyət göstərən 52 dövlət və ali təhsil müəssisəsində 187 min 654 tələbə oxuyub.

 

Onların 174 min 765-i əyani, 12 min 889-u qiyabi təhsil alıb. 2001-ci ildə isə ali məktəblərdə təhsil alanların sayı 119 min 683 nəfər olub.

 

 

Bu, illər keçdikcə ali təhsil müəssisələrində oxuyan tələbələrin sayının artdığını göstərir.

 

 

Tehsil.biz xəbər verir ki, bu məlumat Dövlət Statistika Komitəsinin “Azərbaycanda təhsil, elm və mədəniyyət-2020” məcmuəsində əks olunub.

 

 

Məcmuədə bildirilir ki, ölkəmizin ali təhsil müəssisələrində tələbələr daha çox təhsil ixtisasları qrupuna (46 min 85 nəfər) üstünlük veriblər.

 

İkinci yerdə texniki və texnoloji ixtisaslar qrupu (40 min 503 nəfər), üçüncü yerdə iqtisadiyyat və idarəetmə ixtisasları qrupu (39 min 852) gəlir. Humanitar və sosial ixtisaslar qrupunu isə 24 min 407 nəfər seçib.

Xəbər lenti