Logo

Məktəblilərimiz 37-ci Balkan Riyaziyyat Olimpiadasında uğurlu nəticə göstəriblər

05.11.2020 16:05 615 baxış
IMG

Rumıniyada təşkil olunan 37-ci Balkan Riyaziyyat Olimpiadasında iştirak edən məktəblilər uğurlu nəticə göstəriblər.

 

Təhsil Nazirliyindən Tehsil.biz-ə bildirilib ki, 18 ölkədən 108 məktəblinin virtual qatıldığı yarışda komandamızın bütün üzvləri qaliblər sırasında yer alıb.

 

Belə ki, nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Abbas Məmmədov gümüş medal, həmin liseyin 10-cu sinif şagirdi Toğrul Abbasov və 9-cu sinif şagirdi Fidan Qarayeva, eləcə də Bakı şəhəri 2 nömrəli texniki humanitar liseyin 10-cu sinif şagirdi Elçin Musazadə, 220 nömrəli məktəb-liseyin 11-ci sinif şagirdi Yusif Qasımov və Şuşa rayonu Malıbəyli kənd 1 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Vüqar Quliyev isə bürünc medal qazanıb.

Xəbər lenti