Logo

UNEC-in tələbələrindən beynəlxalq müsabiqədə möhtəşəm qələbə

05.11.2020 16:28 528 baxış
IMG

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) tələbələri “CGMA – İnkişaf etməkdə olan Liderlər Müsabiqəsi 2020”nin qalibi olub.

 

UNEC-dən Tehsil.biz-ə bildirilib ki, CGMA sabahın gənc biznes liderlərinin ən yaxşısını seçmək üçün hazırlanan biznes müsabiqədir. Yarışın məqsədi tələbələrin maliyyə və biznesin idarəedilməsi sahəsində bilik və bacarıqlarının inkişafına dəstək olmaq və həmin bacarıqların nümayişinə şərait yaratmaqdır.

 

Bu il müsabiqədə Azərbaycan da daxil olmaqla, dünyanın 8 ölkəsinin 21 universitetindən 392 tələbə iştirak edib. Dörd mərhələdən ibarət yarışmanın finalı Polşada onlayn formatda təşkil olunub.

 

Müsabiqədə UNEC-i “The Going Concern” komandası təmsil edib. Komandanın rəhbəri Beynəlxalq İqtisadiyyat Məktəbinin direktoru Aqil Əzizov olub. Final mərhələdə UNEC-in komandası Rusiyanın “Team ICFO” və Ukraynanın “Team Fortune” rəqib komandaları ilə yarışıb. Gərgin və maraqlı keçən yarışmada UNEC-in komandası qalib olub.

 

Qalib komandamızın üzvləri Beynəlxalq İqtisadiyyat Məktəbinin builki məzunları Mirələm Əkbərli, Samir Məmmədov, Ayla Əliyeva və Arzu Tofiqlidir.

Xəbər lenti