İsmayıllı şəhər 4 saylı məktəbin şagirdi vəfat edib.
Tehsil.biz xəbər verir ki, bu barədə məktəbin feysbuk səhifəsində paylaşılıb.
"Üzücü xəbəri paylaşmaq asan deyil, hələ bu xəbər... Sənin öz şagirdin və doğman olarsa.
Məktəbimizin şagirdi Xəyalın hər zaman uğurlarını paylaşım edərkən, bu gün bizimlə vidalaşmağını qeyd etmək çox ağırdır. Məktəbimizin direktor müavini Vidadi müəllimə və Aynurə müəlliməyə səbr diləyirik. Allah rəhmət etsin", -deyə qeyd edilib.