Logo

Quraşdırma üzrə mütəxəssis olmaq istəyənlər üçün təlim təşkil ediləcək

06.08.2021 13:05 505 baxış
IMG

Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə “Azerconnect” MMC ilə əməkdaşlıq çərçivəsində Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən “Quraşdırma üzrə mütəxəssis” təlimi təşkil olunacaq.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən bildirilib ki, təlimdə iştirak etmək üçün elektron ərizələrin qəbulu avqustun 25-dək aparılacaq. Təlimlərə orta ixtisas təhsili, peşə təhsili və ya ali təhsil alan tələbələr və ya məzunlar müraciət edə bilərlər. Seçim zamanı TV və internet xidmətlərinin quraşdırılması və çəkilişi, kompüterdən ümumi istifadənin əsasları və əməliyyat sistemləri üzrə təcrübə və ya biliklərin olması üstünlük hesab edilir. Təlimləri uğurla bitirən şəxslərə sertifikat təqdim ediləcək.

Təlimi müvəffəqiyyətlə bitirənlər “Azerconnect” MMC-də təcrübə keçmək imkanı əldə edəcəklər.

Xəbər lenti