Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) xarici ölkələrin aparıcı universitetləri ilə bakalavr və magistr təhsili üzrə ikili diplom proqramlarının sayı daha da artırılacaq.
UNEC-dən bildirilib ki, qısa zamanda iki yeni ikili diplom proqramına start veriləcək.
Qeyd edək ki, UNEC-də hazırda Fransa, Böyük Britaniya, ABŞ, İsveçrə və digər ölkələrin 8 ikili diplom proqramı reallaşdırılır.