Logo

Aqrar Universitetdə keçirilən ödənişsiz təkmilləşdirmə kursları başa çatıb

06.08.2021 18:28 681 baxış
IMG

“Aqrar sahədə çalışan mütəxəssislərin bilik və bacarıqlarının artırılması” layihəsi çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) aqronomluq, baytarlıq və aqromühəndislik istiqamətləri üzrə ödənişsiz təkmilləşdirmə kursları başa çatıb.

Tehsil.biz xəbər verir ki, univeristetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov dinləyiciləri təbrik edərək, layihə çərçivəsində əldə etdikləri biliklərin gələcək iş fəaliyyətlərində mühüm rol oynayacağını bildirib.

İştirakçılar keçirilən dərslərin səmərəliliyi və praktiki dərslərin əhəmiyyətini vurğulayaraq, gələcəkdə də ödənişsiz təkmilləşdirmə kurslarının davam etməsi üçün fikir və təkliflərini səsləndiriblər.

Tədbirin sonunda ödənişsiz təkmilləşdirmə kurslarında iştirak edən dinləyicilərə müvafiq ixtisaslar üzrə sertifikatlar təqdim olunub.

Xəbər lenti